Çin Afrikada sabitliyi və inkişafı təşviq etmək üçün BMT ilə əməkdaşlığa hazır olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bunu Pekində BMT-nin baş katibi Antonio Quterreşlə görüşü zamanı Çin Prezidenti Si Cinpin deyib.
“Tarixən Afrika müstəmləkəçiliyin əsas qurbanı olub. Çinin Afrika ilə əməkdaşlığı Afrikanın məruz qaldığı tarixi ədalətsizlikləri azaltmağa, onun sülh və inkişafına nail olmasına kömək edə bilər”, – Antonio Quterreş bildirib.
Qeyd edək ki, Quterreş sentyabrın 4-dən 6-dək Çinin paytaxtında keçirilən Çin-Afrika Əməkdaşlıq Forumunun 9-cu sammitində iştirak etmək üçün Pekinə gedib.