Xəbərlər

Bolqarıstanın Aİ-dən çıxıb BRİCS-ə qatılması təklif edilib

Bolqarıstanın Dirçəliş Partiyası ölkə hakimiyyətini Avropa İttifaqından (Aİ) çıxmağa və BRİCS-ə qoşulmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Euractiv” portalı məlumat yayıb.

“Əgər gələcəyimizin yaxşı olmasını istəyiriksə, indiki formada Aİ və NATO ilə əlaqəmizi kəsməliyik. Əgər Aİ-də islahatlar aparılmazsa, biz onu tərk etmək məcburiyyətindəyik, əks halda məhv olacağıq”, – məlumatda bildirilib.