Xəbərlər

Vuçiç Putindən BRİCS forumuna dəvət aldığını bildirib

Serbiya Prezidenti Aleksandar Vuçiç BRİCS sammitində iştirak etmək üçün Rusiya Prezidenti Vladimir Putindən dəvət aldığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“Mən Rusiya Prezidentindən təxminən 10 gün əvvəl Kazanda keçiriləcək BRİCS sammitinə qoşulmaq üçün dəvət aldım. Hazırda həmin tarixdə xaricdən ölkəmizə gəlməsi planlaşdırılan mühüm qonaqlarımız var. Ona görə də indi bu barədə danışmaq istəmirəm. Bizi bu sammitə dəvət etdikləri üçün BRİCS-in nümayəndələrinə və Prezident Putinə dərin minnətdarlığımızı bildiririk”, – Vuçiç bildirib.