Xəbərlər

Təxminən 800 Slovakiya və Çexiya məktəbi bomba xəbərdarlığı alıb

Slovakiya və Çexiyada yerləşən təxminən 800-ə yaxın məktəb cümə axşamı naməlum şəxslər tərəfindən binalara partlayıcı qurğuların qoyulması ilə bağlı elektron məktublar alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Slovakiya və Çexiya respubilikalarının polis nümayəndələri məlumat yayıb.

“Təxminən 270 Slovakiya və 500 Çexiya məktəbi bomba təhlükəsi ilə bağlı “e-poçt” məktublar alıb. Polis təhlükəsizlik tədbirləri görməkdə davam edir”,- Slovakiya polisinin sözçüsü Roman Hajek bildirib.

Qeyd edək ki, hər iki respublikanın təhsil müəssisəsinə üçüncü gündür ki, anonim bomba hədə-qorxusu gəlir.