Xəbərlər

Fransanın yeni Baş naziri təyin edilib

Fransa Prezidenti Emmanuel Makron keçmiş Avropa komissarı və Fransanın keçmiş xarici işlər naziri Mişel Barnier yeni Baş nazir təyin edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

“Emmanuel Makron Mişel Barnierə ölkəyə və Fransa xalqına xidmət edəcək birlik hökuməti qurmağı tapşırıb”, – Fransa liderinin administrasiyası bildirib.