Xəbərlər

Keniyada yataqxanada yanğın nəticəsində 17 şagird həlak olub

Keniyanın Nyeri şəhərindəki “Hillside Endarasha” Akademiyasının yataqxanalarından birində baş verən yanğın nəticəsində azı 17 şagirdin öldüyü təsdiqlənib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Citizen TV” məlumat yayıb.

Hadisə yerinə dərhal fövqaladə hallar və polis əməkdaşları cəlb olunub.

Milli Polis Xidmətinin sözçüsü Dr. Resilia Onyanqo bildirib ki, ciddi yanıq xəsarətləri alan digər 14 şagird dərhal xəstəxanaya çatdırılıb.
Yanğının baş vermə səbəbi hələ ki, müəyyən olunmayıb.