Serbiya Prezidenti Aleksandr Vuçiç oktyabrın 10-dan gec olmayaraq BRİCS-in Kazanda keçiriləcək sammitinə qatılıb-qatılmayacağı ilə bağlı məlumat verəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bunu Aleksandr Vuçiç özü jurnalistlərə açıqlamasında deyib.
“Mənim bu təklifi qəbul edib-etməyəcəyimlə bağlı bəzi yanlış xəbərlər gördüm. Qeyd etmək istəyirəm ki, hazırda bizim həmin tarixdə xaricdən ölkəmizə gəlməsi planlaşdırılan mühüm qonaqlarımız var. Biz bu məsələ ilə bağlı qərarı əvvəlcədən yox, oktyabrın 10-15-də verəcəyik”, – Prezident vurğulayıb.