Xəbərlər

WSJ: Misir İsrail qoşunlarının sərhəddən qismən çıxarılması ilə razılaşa bilər

Qahirə atəşkəs razılaşmasının birinci mərhələsində İsrail qoşunlarının Qəzza zolağının Misirlə sərhədindəki Filadelfiya dəhlizindən qismən çıxarılmasına razılıq verə bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Məlumata görə, Misir hökuməti atəşkəs razılaşmasının birinci mərhələsində İsrail qoşunlarının bir hissəsinin Misirlə Qəzza zolağı arasındakı sərhəddə qalmasına icazə verə bilər.

Sentyabrın 2-də İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında çıxış edərək bildirib ki, onun ölkəsi Filadelfiya dəhlizindən qoşunlarını çıxarmaq niyyətində deyil, çünki Filadelfiyaya nəzarət Fələstinin HƏMAS hərəkatının silahlı birləşmələrini məğlub etmək üçün açar hesab edilir.

Sentyabrın 3-də isə Misir Xarici İşlər Nazirliyi bildirib ki, Netanyahunun dəhlizə nəzarətin zəruriliyi ilə bağlı son bəyanatları Fələstin sektorunda atəşkəs razılaşmasının əldə olunmasına mane olur.