Xəbərlər

Qəzzada ölənlərin sayı 40 mini keçib

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 40 min 972-yə, yaralıların sayı isə 94 min 761-ə yüksəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, son 24 saatda Qəzza zolağına edilən 3 hücumda 33 fələstinli həyatını itirib, 145 fələstinli isə yaralanıb.