Xəbərlər

Belarus Vyetnamın təhlükəsizlik qüvvələri ilə əlaqələri gücləndirəcək

“Belarus dünyada təhlükəsizlik məsələlərinin birinci yerdə olduğunu nəzərə alaraq Vyetnamın təhlükəsizlik qüvvələri ilə əlaqələri gücləndirəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko respublikaya səfərə gələn Vyetnamın ictimai təhlükəsizlik naziri Luonq Tam Quanqla görüşündə deyib.

“Təsdiq etmək istərdim ki, Vyetnam İctimai Təhlükəsizlik Nazirliyinin nümayəndə heyətinin Belarusa hazırkı səfəri təkcə iki ölkə arasında deyil, həm də onların təhlükəsizlik qüvvələri arasında dostluq münasibətlərinin dərinləşməsinə kömək edəcək. Beynəlxalq münasibətlərin inkişafına gəlincə, bizim və Vyetnamın baxışları eynidir: biz çoxqütblü dünya tərəfdarıyıq və istəsək də, istəməsək də, bu baş verəcək”, – Lukaşenko bildirib.