Xəbərlər

Tacikistan cinayətkarların siyahısını Türkiyəyə verib

Tacikistanın daxili işlər naziri Ramazan Rəhimzoda Türkiyə Daxili İşlər Nazirliyinin rəis müavini Mehmet Sağlam ilə görüş keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tacikistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Raximzoda Türkiyədə axtarışda olan cinayətkarların siyahısını təqdim edib.

Görüş qlobal təhlükəsizlik üzrə forumun keçirildiyi Çinin Lianyunqanq şəhərində baş tutub. Tərəflər həmçinin transmilli mütəşəkkil cinayətkarlığa, terrorizmə, ekstremizmə, kibercinayətkarlığa, axtarışda olan şəxslərə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi, cinayətkarların ekstradisiyası prosesinin intensivləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması və vizaların ləğvi məsələlərini müzakirə ediblər.

Tərəflər əməkdaşlığı daha da genişləndirməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, aprelin 20-dən Türkiyə ümumi xarici pasportlu Tacikistan vətəndaşları üçün viza rejimini bərpa edib.