ABŞ Müdafiə Nazirliyi hava təhdidlərinə qarşı müdafiəni gücləndirmək üçün bir neçə şirkətlə ümumi məbləği 5,4 milyard dollar dəyərində olan müqavilələr bağlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, bəyanatda mahiyyəti açıqlanmayan razılaşmaların 2029-cu il oktyabrın 13-dək başa çatdırılacağı güman edilir.