Xəbərlər

Cənubi Kipr və ABŞ müdafiə sahəsində yol xəritəsi imzalayıb

Cənubi Kipr və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq üçün yol xəritəsi imzalanıb.

“Füyuzat”ın məlumatına görə, bunu Cənubi Kipr Respublikasının müdafiə naziri Vasilis Palmas və ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander imzalayıb.

“İkitərəfli müdafiə sahəsində əməkdaşlıq üçün bu yol xəritəsi bizim ümumi təhlükəsizlik məqsədlərimizə nail olmağa töhfə verir və əlaqələrimizin xüsusilə son iki ildə mükəmməl inkişafını təsdiqləyir”, – Uollander bildirib.