Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin ABŞ-ın dövlət katibi Entoni Blinkenlə birgə bu həftə Ukraynaya səfər edəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Lemmi açıqlamasında deyib
“Biz bu həftə Kiyevə ilk birgə səfərimizi edəcəyik. Ukraynaya dəstək məsələsinə sadiqliyimizi nümayiş etdirmək üçün Kiyevə səfər etməkdən çox məmnunam”, – Lemmi bildirib.