Almaniya kansleri Olaf Şolts hökumətinin miqrasiya siyasətini müdafiə edərək, ölkənin immiqrantlara ehtiyacı olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, o bu barədə mətbuata açıqlamasında deyib.
“Biz siyasi təqibə məruz qalan, canı üçün mübarizə aparan, canını qurtarmalı olanları müdafiə edən ölkəyik və bu, əsas qanunumuzda təsbit olunub. Lakin bu o demək deyil ki, biz ölkəmizə hamının gəlməsinə icazə verə bilərik”, – Şolts deyib.