İranın Londondakı müvəqqəti işlər vəkili Əli Mətinfər Tehranın Rusiya Federasiyasına hərbi yardım göstərdiyi iddiasına görə Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Bu gün avropalı tərəfdaşlarla razılaşdırılaraq və xarici işlər naziri Devid Lemminin göstərişlərinə uyğun olaraq, İranın Londondakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, çağırış Ukraynada istifadə üçün İranın Rusiyaya ballistik raketlər ötürməsi ilə bağlıdır.