Xəbərlər

Pezeşkian islam ölkələri arasında sərhədləri aşmağa çağırıb

İran Prezidenti Məsud Pezeşkian İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşündə Avropa İttifaqından (Aİ) nümunə gətirərək, islam ölkələri arasında sərhədlərin aşılmasına çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran mətbuatı məlumat yayıb.

“Aİ-nin təcrübəsinə əsaslanaraq İslam ölkələri arasında sərhədlərin aşılmasına doğru irəliləməmək lazımdır. İslam ölkələrinin birliyinin gücləndirilməsi Qərbin tətbiq etdiyi bütün sanksiyaları səmərəsiz edəcək”, – İran lideri bildirib.