Xəbərlər

Polşa hansı halda Rusiya raketlərini vura bilər?

“Polşa hakimiyyəti Ukrayna üzərində uçan və onun hava məkanını pozma ehtimalı olan Rusiya raketlərini vurmağa hazır olduqlarını açıqlayıb. Çünki biz mərmilərin öz sərhədlərimizə yaxınlaşmasını təhlükə hesab edirik”.

“Füyuzat”ın məlumatına görə, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Konstitusiyamıza görə, ordumuzun birinci vəzifəsi öz sərhədlərimizi qorumaqdır ki, bu da hava məkanımıza da aiddir. Raketlər hava məkanımıza yaxınlaşdıqda, biz özümüzü müdafiə etməliyik, hesab edirəm ki, bu bizim haqqımızdır”, – nazir Varşavada “Le Monde” qəzetinə müsahibəsində vurğulayıb.