Xəbərlər

ABŞ İsrailə tank qoşqularının satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti İsrailə 164,6 milyon dollar dəyərində tank qoşqularının satışını təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Tədarükün 2027-ci ildə başlanmasının təxmin edildiyi və satışa ağır yük qoşquları, eləcə də ehtiyat və təmir hissələri, alətlər, sürücü dəstləri, texniki sənədlər və logistika proqramı dəstəyi kimi məsələlərin də daxil olduğu bildirilib.