Xəbərlər

Ermənistan və Rusiya ikitərəfli gündəliyinə dair məsələləri müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən görüşdə ikitərəfli məsələləri müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, həmsöhbətlər Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıqla bağlı mövzulara da toxunublar.

Görüş və müzakirə edilən mövzular barədə detallar açıqlanmayıb.