“Belarus İrana ortaq maraqları olan dost ölkə kimi baxır”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşündə deyib.
“Bizim sizinlə sıx qarşılıqlı əlaqəmiz həqiqətən də İrana öz töhfəsini verəcək. Həm ölkələrimizin ərazisində, həm də bütövlükdə dünyada sülh və təhlükəsizliyə nail olmağa kömək edəcək”, – Volfoviç bildirib.