Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xarici Kəşfiyyat Xidmətinin direktoru və Antiterror Xidmətinin rəisini vəzifəsindən azad edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən bildirilib.
Bəyanatda uzaqlaşdırılma səbəbi göstərilməyib.
Qeyd edək ki, Tokayev təhlükəsizlik qüvvələrinə ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin gücləndirilməsi barədə tapşırıq verib.