Xəbərlər

Şimali Koreyanın xarici işlər naziri Rusiyaya səfərə gedib

Şimali Koreyanın xarici işlər naziri Çoe Son-hui Rusiyaya səfər edib. O, Avrasiya Qadınlar Forumunda və BRİCS Qadınlar Forumunda iştirak edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Şimali Koreyanın Rusiya səfirliyindən bildirilib.

Qeyd olunur ki, nazir sentyabrın 16-da Vladivostok şəhərinə gedib.