“Ermənistan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin genişləndirilməsində göstərdiyi dəstəyə görə Fransaya minnətdardır və İrəvan ikitərəfli gündəliyin bütün sahələrində Fansa ilə əməkdaşlıq edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Stefan Sejournet ilə birgə mətbuat konfransında deyib.
“Bizim əlaqələrimiz bütün səviyyələrdə xüsusi əhəmiyyət kəsb edir”, – Mirzoyan qeyd edib.