Xəbərlər

Tramp: Mən heç vaxt təslim olmayacağam

“Mən sizin üçün mübarizəni dayandırmayacaq, heç vaxt təslim olmayacacağam”.

“Füyuzat”ın məlumatına görə, bunu Tramp özü qeyd edib.

Qeyd edək ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Floridada qolf oynayarkən ərazinin yaxınlığında dəfələrlə atəş səsləri eşidilib.

Gizli Xidmət Tramp Beynəlxalq Qolf Klubunun ətrafındakı kolluqlarda əlində tüfəng olan bir şübhəlini təsbit edib. Trampdan 300-500 metr aralıda olan şübhəli daha sonra silahını yerə ataraq avtomobillə qaçıb. Hadisə zamanı həmin şəxsin yanında 2 bel çantası və aksiyon kamerası olduğu bildirilib.