Helsinki Rayon Məhkəməsi terrorçu qruplaşmanın fəaliyyətində iştirakda şübhəli bilinən üç əcnəbi barəsində həbs qətimkan tədbiri seçib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb.
Məlumata görə, 2023-cü il yanvarın 1-dən 2024-cü il iyunun 10-dək Helsinkidə üç əcnəbi cinayətkarlıqla məşğul olub. Ehtimallara görə, həmin şəxslər İŞİD ilə əlaqədə olublar.
Polis komissarı Mikko Salminen hazırda bu məsələni araşdırdıqlarını bildirib.