“Atom elektrik stansiyalarına heç vaxt hücum edilməməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Kursk AES ətrafında yaranmış vəziyyəti şərh edərkən bildirib.
O, MAQATE-nin Baş Konfransının açılışında deyib: “Atom elektrik stansiyaları, harada yerləşməsindən asılı olmayaraq, heç bir şəraitdə heç vaxt hücum hədəfi olmamalıdır”.