Xəbərlər

Çin səfirliyi: Rusiya müdafiə sənayesinə dəstək barədə məlumat yalandır

Çinin Böyük Britaniyadakı səfirliyi Çinin Rusiya hərbi-sənaye kompleksinə dəstəyi barədə xəbərləri yalan adlandırıb və London və Vaşinqtonu müvafiq məlumatların yayılmasını dayandırmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə səfirliyin mətbuata açıqlamasında qeyd edilib.

“Pekin Çinin Rusiyanın müdafiə sənayesini dəstəklədiyinə dair müvafiq ölkələrin davamlı olaraq yalan məlumatlar yayılmasının qəti əleyhinədir və Böyük Britaniya və ABŞ-ı problemi daha da alovlandıracaq addımlar atmağı dayandırmağa çağırır”, – diplomatik missiyanın saytında deyilir.