Xəbərlər

Paşinyan Gürcüstana rəsmi səfər edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, rəsmi qarşılanma mərasimi Tbilisidəki Gürcüstan hökumət evinin həyətində baş tutub.

Paşinyanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze qarşılayıb, bundan sonra tərəflər danışıqlara başlayıb.