Xəbərlər

Gürcüstan Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılması prosesini alqışlayıb

“Gürcüstan İrəvanla Bakı arasında sülh müqaviləsinin razılaşdırılması prosesini alqışlayır”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Gürcüstan Cənubi Qafqazda sabitliyi və sülh şəraitində birgə yaşayışı dəstəkləyir və bu baxımdan, regionda mövcud çağırışlarla mübarizə prosesində birgə səylərimizin vacibliyini vurğulamaq istəyirəm”, – Kobaxidze Tbilisidə Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.