Xəbərlər

ABŞ Azərbaycan və Ermənistan nümayəndələri ilə görüş təşkil etmək istəyir

“Vaşinqton Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş təşkil etməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

“Aydındır ki, biz həmişə Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini görüşə dəvət etmək üçün imkanlar axtarırıq. Uzunmüddətli və layiqli sülh sazişinin əldə edilməsi üçün hər iki ölkənin səylərini dəstəkləməyə davam edirik. Onlar sülh sazişinin yekunlaşdırılması istiqamətində mühüm irəliləyiş əldə ediblər və biz faydalı olarsa, görüş təşkil etmək də daxil olmaqla, onlara hər cür dəstək verməyə hazırıq”, – Miller bildirib.