“Almaniya hökuməti qarşıdakı qış aylarında Ukraynaya dəstək üçün 100 milyon avro əlavə yardım göstərəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok məlumat yayıb.
Nazir bu planları Moldovaya maliyyə dəstəyi adlandırılan platformanın iclasında iştirak etdiyi Kişinyova səfəri zamanı açıqlayıb.
Almaniya Nazirlər Kabinetinin məlumatına görə, Berlin 2022-ci ilin fevralından etibarən Kiyevə təxminən 35 milyard avro məbləğində yardım edib.