“Ukrayna Silahlı Qüvvələri çox güman ki, pilotların təcrübəsizliyi səbəbindən ən təhlükəli əməliyyatlar zamanı F-16 qırıcılarından istifadə etməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı, general Ceyms Hekker deyib.
“Pilotlar yenidir, ona görə də onlardan ən riskli əməliyyatlarda istifadə edilməyəcək”, – Hekker Merilend ştatında keçirilən konfransda vurğulayıb.