Rusiya Federasiyası BMT Baş Assambleyasının İsrail ordusunun Fələstin ərazisindən çıxarılmasını tələb edən qətnaməsini dəstəkləyib.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Fələstin üzrə 10-cu fövqəladə xüsusi sessiyanın iclasında deyib.
“İsrail uzun illərdir ki, Fələstin ərazilərini qeyri-qanuni işğal edir, qəsəbələr tikir və İordan çayının qərb sahilində, Qəzza zolağında yaşayan fələstinlilərin hüquqlarını tapdalayır. İşğal olunmuş Fələstin ərazisində davam edən ilhaq və demoqrafik dəyişikliklər də daxil olmaqla, İsrailin qeyri-qanuni hərəkətlərinin dərhal dayandırılmasının zəruriliyi ilə bağlı qətnamə müzakirə olunur”, – Vasili Nebenzya bildirib.