“Rusiya, Çin, Şimali Koreya və İran Vaşinqtonun əleyhdarlarıdır və ABŞ-dakı seçki proseslərinə təsir göstərməyə çalışırlar”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədri Mark Uorner deyib.
“Biz düşmən seçmirik. Ancaq Çin, Rusiya, İran, Şimali Koreya və digərləri ölkəmizin qanunlarına uyğun olaraq xarici düşmən kimi qəbul olunan dövlətlərdir”, – Uorner bildirib.