Xəbərlər

Tramp: Mən diktatura qurmayacağam

“Noyabrda keçiriləcək seçkilərdə qalib gəlsəm, ölkədə diktatura qurmayacağam”.

“Füyuzat”ın məlumatına görə, bunu Respublikaçılar Partiyasından prezidentliyinə namizəd Donald Tramp deyib.

“Birbaşa Kamala Harrislə danışmaq istəyirəm. O, yalan danışmağı, mənə qarşı saxta ittihamlar irəli sürməyi və Amerikada diktatura qurmaq niyyətimdə olduğumu iddia etməyi dayandırmalıdır”, – Tramp vurğulayıb.

Tramp ABŞ-da demokratiya üçün əsl təhlükənin Demokratlar Partiyası olduğunu bildirib.