Ağ Ev Livanda elektron cihazların kütləvi şəkildə partladılmasında ABŞ-ın iştirak etmədiyi barədə bəyanat yayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
“Mən təkcə onu deyə bilərəm ki, biz nə dünənki, nə də bugünkü insidentlərdə heç bir şəkildə iştirak etməmişik. Livanla sərhəddə ikinci cəbhənin açılmasının qarşısını almaq üçün diplomatik səylərimizi davam etdiririk”, – Con Kirbi deyib.