Xəbərlər

Çin: ABŞ “vahid Çin” prinsipini pozur”

Birləşmiş Ştatlar Tayvan adasına növbəti silah tədarükünü planlaşdırmaqla “vahid Çin” prinsipini ciddi şəkildə pozur”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikası (ÇXR) Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirib.

“Birləşmiş Ştatlar tərəfindən Çinin Tayvan bölgəsinə silah tədarükü “vahid Çin” prinsipini, üç birgə kommünikeni və Tayvan boğazında sülhü, sabitliyi əhəmiyyətli dərəcədə pozur. Çin Xalq Azadlıq Ordusu həm hərbi, həm də döyüş hazırlığını gücləndirməyə davam edəcək, biz qətiyyətli və təsirli tədbirlər görərək, Tayvanın “qondarma müstəqilliyini” təmin etmək cəhdlərini, eləcə də xarici qüvvələrin müdaxiləsini qətiyyətlə dəf edəcəyik. Biz israr edirik ki, Birləşmiş Ştatlar öz öhdəliklərini effektiv şəkildə yerinə yetirsin, Tayvanın müstəqilliyini dəstəkləməsin və Taypey ilə hərbi əlaqələrdən əl çəksin”, – Syaoqanq vurğulayıb.