Xəbərlər

WP: ABŞ Gizli Xidməti yüksək vəzifəli şəxslərin müdafizəsində çatışmazlıq yaşayır

ABŞ Məxfi Xidmətinin rəhbəri vəzifəsini icra edən Ronald Rou keçmiş Prezident Donald Trampa qarşı iki sui-qəsd cəhdindən sonra Konqresdən agentliyə investisiyaların əhəmiyyətli dərəcədə artırılmasını xahiş edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

“ABŞ prezidentlərinin, keçmiş prezidentlərinin və digər yüksək rütbəli məmurların müdafiəsi üçün daha çox texnikalara, müstəntiqlərə, kortejlər üçün təkmilləşdirilmiş zirehli limuzinlərə və daha çox gülləkeçirməz şüşələrə ehtiyac var”, – Rou bildirib.