Rusiya Müdafiə nazirinin müavini Pavel Fradkovun rəhbərlik etdiyi Rusiya Silahlı Qüvvələrinin nümayəndə heyəti Belarusa işgüzar səfərə gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Belarus Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat İdarəsinin rəisi, general-mayor Andrey Burdıko Rusiya nümayəndə heyəti ilə görüşüb.
“Tərəflər ikitərəfli əməkdaşlıq və ixtisaslaşdırılmış sahələr üzrə hərbi idarələrin qarşılıqlı fəaliyyəti məsələlərini müzakirə ediblər”, – Belarus Müdafiə Nazirliyi bildirib.