Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edilib ki, özəl “CAN” təyyarəsi ilə Con Kennedi Beynəlxalq Hava Limanına gələn Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız, Vaşinqton səfiri Sedat Önal və Nyu-York baş konsulu səfir Muhittin Ahmet Yazal qarşılayıb.