Xəbərlər

KİV: Ərdoğan Paşinyanla danışıqlar aparacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün getdiyi ABŞ-da Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

“Füyuzat”ın məlumtına görə, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

“Ərdoğan bir çox dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək və onların əksəriyyətini Nyu-Yorkda türk diplomatiyasının simvolu sayılan “Türk Evi”ndə qəbul edəcək. Qonaqların arasında İraqın Baş naziri Məhəmməd Əl-Sudani, Hollandiyanın Baş naziri Dik Şuf, BMT-nin Baş katibi Antonio Quterreş, Ermənistanın Baş naziri Nikol Paşinyan, Ukrayna Prezidenti Volodimir Zelenski, Küveyt vəliəhdi Şeyx Sabah Xalid Əl-Həməd Əl-Sabah, İran Prezidenti Məsud Pezeşkian, Almaniya kansleri Olaf Şolts, Albaniyanın Baş naziri Edi Rama və Serbiya Prezidenti Aleksandr Vuçiç var”, – qəzet yazır.

Bundan əvvəl “Anadolu” agentliyi Türkiyə liderinin BMT Baş Assambleyasındakı çıxışının əsas mövzusunun Qəzzadakı vəziyyət olacağını bildirmişdi.