Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərində uduzacağı təqdirdə bir daha prezident seçkilərinə qatılmayacağını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Trampdan seçkilərdə uduzacağı təqdirdə, növbəti yarışlarda iştirak edib-etməyəcəyi soruşulub. Tramp belə cavab verib: “Xeyr, əgər bu yarışda uduzsam, daha iştirak etməyəcəyəm. Amma ümid edirəm ki, biz uğur qazanacağıq”.