Xəbərlər

Belçika dünya liderlərini münaqişələri həll etməyə çağırıb

Belçikanın Baş naziri Aleksander De Kro Yaxın Şərq, Ukrayna və Sudanda silahlı münaqişələrin həlli yollarını tapmağı çalışmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bunu Aleksander De Kroo BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində çıxışında deyib.

“Bu həftə BMT-də toplaşan dünyanın hər yerindən liderlərin yalnız bir istəyi olmalıdır: Sudan, Yaxın Şərq, Ukrayna və bir çox başqa yerlərdə münaqişələrdən çıxış yolu tapmaq. Çünki biz qütbləşmiş və bölünmüş bir dünyada yaşayırıq”, – Baş nazir bildirib.