Xəbərlər

Ərdoğan: NATO üzvləri Ukraynanın alyansa üzv olmasını istəmir

“ABŞ və bir çox NATO ölkələri Ukraynanın alyansa üzv olmasını istəmir”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “NBC” televiziyasına müsahibəsində deyib.

“Birləşmiş Ştatlar Ukraynanı NATO-nun üzvü kimi görmək istəmir. Biz qərar qəbul edərkən hər zaman digər NATO-ya üzv ölkələrin mövqeyini nəzərə alırıq, mümkün məsələləri danışıqlar masasında müzakirə edirik və müvafiq yekun qərarı veririk”, – Türkiyə lideri bildirib.