Xəbərlər

Monqolustan nüvə təhlükəsi ilə bağlı xüsusi konfrans təşkil etməyi təklif edib

Monqolustan bütün ölkələri nüvə təhlükələrindən azad dünya yaratmaq üçün birgə işləməyə çağırıb və bu məsələ ilə bağlı xüsusi konfrans təşkil etməyi təklif edib.

“Füyuzat”ın məlumatına görə, bunu BMT Baş Assambleyasında Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux deyib.

“Nüvə silahından azad dövlət statusuna malik Monqolustan bu siyasəti davam etdirəcək. Biz bütün ölkələri nüvə təhlükələrindən azad dünya təmin etmək üçün birgə işləməyə çağırır və bu məsələ ilə bağlı xüsusi konfrans təşkil etməyi təklif edirik”, – Monqolustan lideri bildirib.