Xəbərlər

Makron: ABŞ İsrailə təzyiq göstərməlidir

“Birləşmiş Ştatlar İsrailin Baş naziri Benyamin Netanyahuya Hizbullah ilə 21 günlük atəşkəsə razı olması üçün təzyiq etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron Kanadaya işgüzar səfəri zamanı “CBC” telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, Avstraliya, Almaniya, İtaliya, Kanada, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, ABŞ, Fransa və Yaponiya sentyabrın 26-da, İsrail-Livan sərhədində dərhal 21 günlük atəşkəs elan edilməsinə çağırıb.