“Vaşinqton Tbilisi ilə bağlı siyasətini dəyişməsə, Gürcüstan ABŞ-la mövcud münasibətlərinə yenidən baxacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
“Biz deyirik ki, münasibətlər belə davam etməməlidir, əks halda mövcud status-kvonu yenidən nəzərdən keçirməli olacağıq”, – Kobaxidze bildirib.