Çin və Braziliyanın Ukrayna böhranının siyasi yolla nizamlanmasına dair planı dünyanın 110-dan çox ölkəsi tərəfindən dəstəklənib.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian brifinqdə deyib.
“Hazırda Çin-Braziliya konsensusu 110-dan çox ölkədən müsbət rəy alıb ki, bu da beynəlxalq ictimaiyyətin ümumi gözləntilərini əks etdirir. Çin müvafiq tərəflərlə əlaqə saxlamağa və böhranın siyasi həllini birgə təşviq etməyə hazırdır”, – Lin Cian bildirib.