Ermənistan və Fələstin diplomatik münasibətlər qurduqlarını elan ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müvafiq kommünike Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fələstinin baş naziri Məhəmməd Mustafa tərəfindən imzalanıb.
Həmsöhbətlər regiondakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.